29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Güləşçilərimizdən daha 4 medal

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, beşinci yarış günündə 59, 71, 80 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. İdmançılarımız günü 3 qızıl və 1 bürünc medalla başa vurub. 
 
59 kq-da mübarizə aparan Murad Məmmədov Litva və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya idmançısı olub. Rəqibinə heç bir şans verməyən Murad Məmmədov çempionatın qızıl medalını qazanıb.  
 
71 kq çəki dərəcəsində yarışan İslambek Dadov mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Bolqarıstan, Moldova, İtaliya və Macarıstandan olan rəqiblərini tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimiz Gürcüstandan olan rəqibini də tam üstünlüklə məğlub edib və çempionatın qızıl medalını qazanıb.  
 
80 kq çəkidə mübarizə aparan Eltun Vəzirzadə Slovakiya və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Yarımfinalda Gürcüstan təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə Belarus təmsilçisi üzərində qələbə güləşçimizə çempionatın bürünc medalını qazandırıb.  
 
98 kq-da yarışan Orxan Nuriyev ardıcıl olaraq Litva, Rusiya və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda güləşçimizin rəqibi Finlandiya təmsilçisi olub. Bu rəqibindən də üstün olan Orxan Nuriyev çempionatın qızıl medalına sahib olub.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31