28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Digər idman növləri

Kulthard: “Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”

Dünya şöhrətli Formula 1 pilotu Devid Kulthard 23-25 iyun tarixlərində Bakıda ikinci dəfə keçiriləcək Qran Pri yarışına hazırlıqların görüldüyü ərəfədə ölkəyə səfər edərək Formula 1-in ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Kulthard Bakı səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı Şəhər Halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerlərini incələyib. Formula 1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran Prisindən bir həftə öncə baş tutan bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırlatdı və o, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı Şəhər Halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirdi. 
 
Williams, McLaren və Red Bull komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula 1 yarışını fərqləndirən əsas məqamları daha yaxından incələdi. Belə ki, dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə yaxından tanış oldu. O həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda trekin iki istiqamətli hissəsinə də baxış keçirdi. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də oldu. Ötən il Williams komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına ən sürətli şəhər treki ünvanını qazandırmışdı, qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi 378 km/saat təşkil etmişdi.  
 
Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirdi: “2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsində Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəm idi və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş Formula 1 yarışı ərəfəsində bura etdiyim səfər zamanı yaranmış ilkin təəssüratlarımı bir daha təsdiqlədi. Həqiqətən də Bakısahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizəyə şahid olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.
 
Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək və həmçinin o, Azərbaycada Formula 1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə də görüş keçirəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31