23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Muay tay üzrə Azərbaycan çempionatına start verildi

Muay Tay üzrə 9-cu Azərbaycan çempionatına start verilib. Futbolxeber.az-ın məlumatına görə, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb. 
 
Turnirin təntənəli açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Daha sonra yarışın təşkilatçısı, Best of the Best promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb: "Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarında da olacağı gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil".
 
Federasiyasının yeni təyin olunan vitse-prezidenti Tural Bayramov isə yarışın nəticələrinə əsasən milli komandanın formalaşdırılacağını bildirdi: "Qaliblər millinin təlim-məşq toplanışına cəlb olunacaq. Mayda komandamızı Minskdə dünya çempionatı gözləyir. Belarusa ən güclü heyətlə yollanmağı düşünürük. Qarşıda bir sıra planlar var. Muay tayı yeni səviyyəyə yüksəltmək üçün çalışmaz lazım olacaq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30