29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Formula 1 ilə bağlı tikinti başlayır

Formula 1 ilə əlaqədar Bakıda tikinti işləri artıq başlayır.

Futbolxeber.az saytının "Trend"ə istinadən verdiyi məlumata görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai qeyd edib ki, "pitstop" binası olan yerdə, yəni Hökumət Evinin qarşısında işlərə başlanılıb. O qeyd edib ki, işlər insanlara heç bir maneçilik törətmədən aparılır: "Əsas tikinti işlərınə may ayından başlanılacaq".

N.Arpadarai əlavə edib ki, bilet satışı da normal qaydada davam edir: "Bilet satışı ilə əlaqədar ikinci, fevral kampaniyası davam edir, yəni kampaniya çərçivəsində bir bilet alana, ikinci bilet 50 faiz endirimlə satılır. Biletlər 40-dan çox ölkədən alınıb və nəticələrdən razıyıq. Azərbaycan vətəndaşları da biletlər alırlar. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr sırasında Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, ərəb ölkələri var. Hətta Argentinadan da biletlər alınır".

N.Arpadarai əlavə edib ki, Formula 1 ilə bağlı maraqlı konsert proqramı hazırlanır: "Üç konsert proqramının olması gözlənilir. Hələ ki, konsert proqramında kimlərin olacağı açıqlanmır. Amma bilet alan insanlar üçün maraqlı bir əyləncə proqramı olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31