24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Sumqayıt” Azərbaycan çempionatından imtina etdi - RƏSMİ

Kişilərdən ibarət “Sumqayıt” voleybol klubu Azərbaycan çempionatında iştirakdan imtina edib. Futbolxeber.az-ın məlumatına görə, bu barədə apasport.az saytına komandanın baş məşqçisi Dilqəm Qəhrəmanov açıqlama verib.
 
O bildirib ki, maliyyə problemləri səbəbindən yüksək dəstədə çıxışlarını davam etdirməyəcəklər: “Komanda olaraq, fəaliyyəti dayandırmamışıq. Lakin maliyyə problemi ilə üzləşmişik. Məşqləri davam etdirsək də, Azərbaycan çempionatında oynamayacağımız barədə qərar vermişik. Növbəti mövsümə gəlincə, yenə də hər şey puldan asılıdı. Yəni sponsor tapsaq, oynayacağıq”.
 
Qəhrəmanov bildirib ki, komandanı bir yerə yığmaqda voleybolçuların müxtəlif sahədə çalışması problem yaradıb: “Komanda üzvləri voleybola görə əmək haqqı almır. Uşaqların hamısı demək olar ki, müxtəlif zavodlarda işləyirlər. Onların saatına hardasa 2,70, gününə 20 manatdan artıq pul düşür. Bu isə o deməkdi ki, çempionat ərəfəsində hər dövrədə onları işlərindən 5 gün ayırmaq təxminən 100 manatdan artıq edir. Bunu isə verən yoxdu. Gərək özüm verəm. Mənim də o imkanım yoxdu”.
 
Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatında 10 turdan sonra sonuncu pillədə qərarlaşmışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30