20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Dünən 9, bu gün 13

Türkiyənin Antalya şəhərində taekvondo üzrə Klublararası Avropa Çempionatı davam edir. 
 
Futbolxeber.az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən klubların idmançıları uğurlu çıxışlarını davam etdirir. Çempionatın ikinci günü isə iştirak edən gənc taekvondoçularımız da müxtəlif əyarlı daha 13 medala sahib olmuşlar. 
 
Çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən -51 kq çəki dərəcəsində Lənkəran T.İ.M-nin yetirməsi Fərid Sultan, Gilan İ.K.-nun idmançısı Orxan Tağızadə (+78 kq) və 2 saylı Gömrükçü İ.K-nun xanım taekvondoçusu Mehriban Məmmədova (-46 kq) rəqiblərinə şans vermyərək qızıl medala sahib olublar.
 
Digər 5 idmançımız, Xanoğlan Kərimov (-45 kq, 2 saylı Sumqayıt Gömrükçü İ.K.), Qasım Aslanov (-59 kq, Gilan İ.K.), Cavad Ağayev (-63 kq, Gilan İ.K.), Həsən İbrahimov (-73 kq, Gilan İ.K.), Mivari Qənbərli (-42 kq, Gilan İ.K.) finala kimi inamla irəliləsə də finalda rəqibləri keçilməz olub.
 
Mübarizəyə qoşulan daha 5 təmsilçimiz, Məhəmməd Əlizadə (-48 kq, Gilan İ.K.), Ayaz Qənbərli (-51 kq, Gilan İ.K.), Sevda Pirseyidova (-44 kq, Savalan T.K.), Nərgiz Mirzəyeva (-46 kq, Gilan İ.K.), Nərmin Süleymanova (-52 kq, Gilan İ.K.) yarışı bürünc medalla başa vurub.
 
Qeyd edək ki, çempionatın ilk günü klublarımızın yeniyetmə idmançıları aktivlərinə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əlavə etmişlər. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30