23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Millimiz 9 medalla başladı

Türkiyənin Antalya şəhərində Klublararası Avropa Çempionatına start veilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən və sayca 5-ci olan G1 kateqoriyalı yarışda milli komandalarımız da gemiş heyətlə təmsil olunur. Artıq yarışın ilk günü idmançılarımız  9 medal qazanaraq uğura imza atıblar.
 
Belə ki, Gilan T.K-nu təmsil edən taekvondoçulardan 47 kq çəki dərəcəsində mübarizəyə qatılan Aylin Eynullayeva, İlahə Guluzadə (-59 kq) və Vüsal Balaqadaşov (-61 kq) rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Riyad Şirəliyev (-37 kq, Qafqaz T.K) və İlkin Fərzəlizadə (-57 kq, Gilan T.K.) isə yarımfinal mərhələsinə kimi məğlubiyyət bilməsələr də finala vəsiqə uğrunda mübarizədən məğlub ayrılıblar.
 
Qitə Çempionatına qatılan digər taekvondoçulardan Nihad Əlizadə (-33 kq, Gilan T.K.), Ofeliya Allahverdiyeva (41 kq, Gilan T.K.), İlkin Dünyamalıyev (-45 kq, 2 saylı Gömrükçü İ.K.), və Elsevər İsmayılzadə (+65 kq, Gilan T.K.)  yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətlənməli olub.
 
Xatırladaq ki, Klublararası Avropa Çempionatı daha iki gün davam edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30