3 Aprel 2026, Cümə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Sevinməyin adamına görə dəyişməkliyi
Vaqif Cavadov Azərbaycan millisində

Digər idman növləri

Azad Rəhimov: "Bütün idmançılar, qonaqlar nəqliyyat xərcini özləri ödəyəcəklər"

“Müqaviləmiz var. Buna əsasən bütün idmançılar, qonaqlar nəqliyyat xərcini özləri ödəyirlər. Biz ödəmirik”.
 
Futbolxeber.az-ın məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bu gün BP və İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlıq sazişinin imzalanması mərasimində çıxış edib. 
 
O, ötən həftə bəzi ölkələrin Azərbaycana gəlmək imkanının olmadığını və onlara bu baxımdan kömək olunacağını bildirmişdi. Rəhimov bu köməyin nədən ibarət olacağını açıqlayıb: “Hər bir idmançı və ya rəsmi nümayəndəyə hər gün 50 dollar yemək haqqı verəcək. Hansı ki, bəzi ölkələrin çətinlikləri var, buna İslam Ölkələri Təşkilatı güzəşt etməyə hazırdı. Biz də qidalanmada onlara güzəşt edə bilərik. Əsas odu ki, onlar oyunlarda təmsil olunsunlar”.
 
O, açılışda tamaşaçıları sürpriz gözlədiyini söyləyib: “Orda hansısa böyük ulduz olmayacaq. Tam ayrı səpgidə hazırlanan şoudu. İnanıram ki, bu, təkcə Azərbaycanın deyil, bütün dünyanın xoşuna gələcək. Bağlanış mərasimi də elə olacaq. Lakin bəzi yerli ulduzlar burda mahnı oxuya bilərlər”.
 
Qeyd edək ki, “Bakı 2017” İslam Həmrəyliyi Oyunları 12-22 may aralığında keçiriləcək. (Apasport.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30