19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Beynəlxalq Bank daha bir idman qurumundan imtina etdi

Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu, Azərbaycan Milli Karate Federasiyasıdır. Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. 
 
Federasiyanın I vitse-prezidenti Rəhman Həsənov "Report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib: "Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".
 
Bankın mətbuat xidmətindən "Report"a tərəflər arasındakı müqavilə müddətinin 2016-cı il dekabrın 31-də başa çatdığı və yeni müqavilənin imzalanmadığı bildirilib: "Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir".
 
Qeyd edək ki, yanvarın 27-də ABB-nin İdarə Heyəti "İnter” Peşəkar İdman Klubuna da sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30