25 Oktyabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Digər idman növləri

“Qəbələ”nin üzvlərindən 7 medal

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman klubunun taekvondoçuları da çıxış edib.

Üç gün davam edən yarışda “Qəbələ” idmançıları 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə “Qəbələ” təmsilçiləri 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər.

Taekvondoçularının nəticələrinə əsasən “Qəbələ” komanda hesabında 1-ci yeri tutub.

 


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31