29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib

“ASAN School” könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və “ASAN Könüllüləri” gənclər təşkilatının birgə təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr edilmiş veloyürüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, yürüşdə 150-yə yaxın peşəkar və həvəskar velosipedçi iştirak edib.

Yürüşə Dövlət Bayrağı Meydanından start verilib. İştirakçılar Azneft dairəsi, Neftçilər prospekti, Dəniz Limanı, Yusif Səfərov küçəsi ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin yanında yürüşə yekun vurublar.

Qeyd edək ki, bu cür yürüşlərin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin aşılanması, ekoloji cəhətdən təmiz nəqliyyat növü olan velosipedin gənclər arasında geniş təbliğ olunmasıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31