21 Yanvar 2017, Şənbə
“Neftçi” “sülh”lə vida etdi
“Sumqayıt” qələbəsiz qayıdır
Millimiz ərəblərlə bacarmadı
“Qəbələ”dən qolsuz bərabərlik

Digər idman növləri

Millimiz dünya çempionu oldu

Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatı bu gün başa çatacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi ötən il Meksikada təşkil olunmuş mundialda qazandıqları titulu qoruyub.
 
Belə ki, qrup mərhələsini lider kimi bitirən Reza Mehmandostun rəhbərlik etdiyi komanda finala gedən yolda digər qrupun ikincisi Türkiyə ilə döyüşüb. Qarşılaşma taekvondoçularımız üçün uğurlu alınıb. Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət komandamız "ay-ulduzlular"ı 33:3 hesabı ilə məğlub etməklə, finala yüksəlib. 
 
Onlar həlledici görüşdə Cənubi Koreya ilə üz-üzə gəliblər. Yarımfinalda Belçikanı 43:13 hesabı ilə məğlub edən rəqiblə döyüşün ilk hissəsi heç də asan keçməyib. Ancaq ikinci hissədə təşəbbüs idmançılarımızın tərəfinə keçib. Komandamızın bu üstünlüyü artırmaqla, ardıcıl ikinci dəfə dünya çempionu adını qazanıblar. Taekvondoçularımız asiyalıları 21:5 hesabı ilə məğlub ediblər.
 

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2017
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31



Click to Visit