24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

ADA Universiteti tələbələrinin yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyası və ADA Universiteninin birgə təşkilatçılığı ilə Respublika Velotrekində adı çəkilən təhsil müəssisəsinin tələbələri arasında velosiped yarışı təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız tələbə olan 14 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl tələbələr Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, həmçinin Azərbaycan və dünya velosipedinin tarixini özündə əks etdirən muzeylə tanış olublar.

Estafet sistemi üzrə keçirilən yarışda hər komandanın tərkibində yer alan velosipedçilər 333 metrlik marşrut boyunca dövrə vurublar və ən yaxşı vaxt göstəricisinə əsasən qaliblər müəyyənləşib. Fərqlənən komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və kubokla təltif ediliblər.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30