19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycan Həndbol Federasiyasının prezidenti dəyişdi

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilat məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, keçmiş SSRİ-də çox böyük uğurları olan həndbol bu uğurlardan kənar qalıb. Bu səbəbdən, MOK rəhbərliyi ilə Gənclər və İdman Nazirliyi federasiyada dəyişiklik edilməsinə qərar verib. Daha sonra o, "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovu təqdim edib.

S.Məmmədov səsvermə yolu ilə AHF prezidenti seçilib.

Qeyd edək ki, əvvəlki federasiya prezidenti Heydər Babayev öz istəyi ilə bu vəzifədən kənarlaşdırılması üçün ərizə yazıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30