29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Hemofiliya pasientləri Respublika Velotrekində qonaq oldular

Azərbaycan Velosiped İdmanı Federasiyası və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə hemofiliyalı pasientlər və onların ailə üzvlərinin iştirakı ilə Respublika Velotrekidə tanışlıq mərasimi təşkil olunub.

Futbolxeber.az saytının məlumatına görə, qonaqlara Respublika Velotrekinin muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verilib.

Komplekslə tanışlıqdan sonra tədbir dəyirmi masa ətrafında davam edib. "Ladies on Bikes" həvəskarlar klubunun rəhbəri Nur Axundlu velosiped sürməyin insan orqanizminə faydaları və velosipeddən düzgün istifadə qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib, peşəkar idmançılar tərəfindən əyani vəsaitlər vasitəsilə velosiped idmanının incəlikləri izah edilib. Görüş zamanı 2017-ci ildə hemofiliyalı pasientlər arasında ilk ümumrespublika yarışının keçirlməsi də müzakirə olunub. Həmçinin velosiped idmanına marağın artırılması məqsədilə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda hemofiliyalı pasientlərin ailə üzvüləri yaradılan şəraitə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31