23 Fevral 2018, Cümə
Avroliqada 1/8 finalçılar müəyyənləşdi
Etopaz-da bu gün 17 canlı oyun
MY "Sevilya" ilə heç-heçə etdi
"Şaxtyor" "Roma"ya qalib gəldi

Digər idman növləri

İdmançımızın Olimpiadadakı nəticəsi ləğv edildi

Azərbaycan ağırlıqqaldıranı Sərdar Həsənov Beynəlxalq Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb.

"Report"un İOC-un rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb Həsənovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsidir.

62 kq çəki dərəcəsində çıxış etmiş atletdən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (turinabol) preparatı tapılıb. İOC-un İntizam Komissiyası 31 yaşlı idmançının "Pekin-2008"dəki nəticəsini ləğv, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına olimpiadadakı nəticələrdə düzəliş və öz səlahiyyətləri çərçivəsində gələcəkdə istənilən addımları nəzərdən keçirməsini tövsiyə edib. Azərbaycan Milli Olimpiya Komitəsindən dərhal qüvvəyə minən qərarın tam icrası istənilib.

Həsənov "Pekin-2008"də 62 kq çəki dərəcəsində B qrupunda çıxış edib. O, birdən 128 kq ağırlıq qaldırsa da, təkanla sifariş verdiyi çəkilərin heç birinin öhdəsindən gələ bilməyib. Nəticədə azərbaycanlı atlet olimpiadada yer tuta bilməyib.

Qeyd edək ki, İOC Sərdar Həsənovdan başqa kubalı uzununa tullanan Vilfredo Martines, ispaniyalı 100 metr məsafəyə maneələri dəf etməklə qaçan Jozefina Oniya, rusiyalı 3000 metr məsafəyə maneələri dəf etməklə qaçan Yekaterina Volkova, özbəkistanlı və qazaxıstanlı sərbəst güləşçilər Soslan Tigiyevlə (74 kq) Taymuraz Tigiyev (96 kq), ukraynalı ağırlıqqaldıran Olqa Korobka (+75 kq), belaruslu ağırlıqqaldıranlar Anastasiya Novikova (53 kq) və Andrey Rıbakovun (85 kq) da nəticələrini ləğv edib. S.Tigiyev, T.Tigiyev, Korobka və Rıbakov gümüş, Volkova, Novikova bürünc medaldan məhrum olub, Martines 5-ci, Oniya isə 9-cu yerlə vidalaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28





Click to Visit