14 Dekabr 2017, Cümə axşamı
"Keşlə" ilk yarımfinalçı oldu
Etopaz-da bu gün 12 canlı oyun
Dino Ndlovu Çində oynaya bilər
Rauf Əliyevdən növbəti qol

Digər idman növləri

Azərbaycan birinciliyi start götürüb

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır.

İlk yarış günü 4 yaş kateqoriyasında 1-ci mərhələyə yekun vurulub. 15 yaşadək oğlanların 25 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Əmral Əbdüləzizli və Əhməd Əhmədov tutublar.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçisi Əli Qurbanov 50 km məsafəyə qrup ötüşməsində hamını qabaqlayıb. Onun komanda yoldaşı İvan Orlov 2-ci olub. İlk 3-lüyü isə "Neftçi" İdman Klubu İctimai Birliyinin üzvü Vüqar Nəsibov tamamlayıb.

Qızların 25 km məsafəyə qrup ötüşməsinə gəlincə, ilk 2 yeri 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutublar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya finiş xəttini 3-cü keçib.

Və nəhayət, gənc oğlanların 15 km məsafəyə fərdi ötüşməsində "Neftçi" İdman Klubu İctimai Birliyinin nümayəndəsi Telman Əliyev ən yaxşı nəticə göstərib. "Lokomotiv" klubundan Kərim Şirəliyev və 8 saylı Olimpiya İdman Məktəbindən Mikayıl Səfərli müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qeyd edək ki, ölkə çempionları 3 yarış gününün nəticəsinə əsasən müəyyənləşəcək.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31





Click to Visit