20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Məşhur güləşçimiz haqda şok iddia: "İŞİD"in tərkibində öldürülüb

Dagıstan güləşçisi, Azərbaycan yığmasının  üzvü olmuş Çamsulvara Çamsulvarayev barədə sensasiyalı iddia irəli sürülüb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, İraqda öldürülüb. Çamsulvara Çamsulvarayevin İŞİD sıralarında döyüşdüyü bildirilib.

Bildirilib ki, İraqa getdikdən sonra özünə “Al Bara” adını götürən sabiq güləşçi Mosul şəhərində öldürülüb.

Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Qeyd edək ki, Çamsulvara Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30