18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi olacaq

Vüqar Həşimov Şahmat Akademiyası cari dərs ilinin əvvəlindən fəaliyyətə başlayıb.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, Vüqar Həşimov adına Şahmat Fondu nəzdində yaradılmış bu Akademiyanın məqsədi ölkədə şahmatı inkişaf etdirmək, yeni istedadları üzə çıxarmaq, müxtəlif səviyyəli turnirlər, ustad dərsləri, eyni vaxtda oyun seansları keçirmək, habelə Azərbaycanın aparıcı şahmatçı və məşqçilərinin mühazirələrini təşkil etməkdir.

Azərbaycanın güclü qadın və kişi şahmatçılarının bir neçə nəslini yetişdirmiş təcrübəli məşqçilər - Xanlar Allahverdiyev, Cavanşir Bağırov və Anar Allahverdiyev Akademiyada işə cəlb ediliblər. Hazırda Akademiya 5 yaşdan yuxarı qabiliyyətli uşaqları toplamaqla məşğuldur.

Məşqlər üç dildə - Azərbaycan, rus və ingilis dillərində aparılacaq. Arzu edənlər bu telefon nömrələrinə zəng vura bilər: (012)-436-86-0, (050)-353-10-10.

Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasiminin oktyabrın 1-də keçirilməsi planlaşdırılır.

Akademiyanın ünvanı: Bəsti Bağırova küçəsi, 2/2, 3-cü mərtəbə.

Dərslərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30