16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

"Azərbaycan mənim ürəyimdir”

Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisi 1/8 finalda Taylandla qarşılaşacaq. Futbolxeber.az saytının məlumatına görə, asiyalılarla oyundan öncə FIFA-nın təşkil etdiyi mətbuat konfransına yığmamızın hücumçusu Oliveira Villiams de Nascimento da qatılıb.

Qısaca Vassouro adlanan millimizin 10 nömrəsi görüşlə bağlı bunları söyləyib: “Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər”.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30