25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Miltinyo: “1/8 finalda bizi çətin oyun gözləyir”

Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Juniorun iştirakı ilə FIFA-nın oyunöncəsi rəsmi mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, millimizin çalışdırıcısı 1/8 final mərhələsində Taylanda qarşı keçirəcəkləri görüş barədə bunları söyləyib:

“Tayland qrup mərhələsində 6, biz isə 4 xal topladıq. Bilirik ki, 1/8 final mərhələsində bizi çətin oyun gözləyir. Şanslar bərabərdir. Tayland yığmasının Rusiya millisi ilə keçirdiyi oyunu izləmişik. Heyətlərində xüsusi qeyd edə biləcəyim iki futzalçı var. Biri 7 nömrədir. O, arxa xətdə çıxış edir. Digəri isə 9 nömrəli oyunçudur. Bu futzalçının həm sol, həm də sağ ayağı işləkdir. Komanda şəklində çox hərəkət edirlər. Qarşıda hələ 2 gün vaxtımız var. Videoyazılara baxıb, daha yaxşı analiz edəcəyik. Çalışacağıq faydalana biləcəyimiz cəhətləri tapaq. Eyni zamanda, güclü tərəflərini öyrənək ki, ondan istifadə edə bilməsinlər, buna imkan verməyək. Məşqlərdə çatışmazlıqlarımız üzərində də işləyəcəyik”.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30