16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

DÇ-2016: Son tur öncəsi millimizin perspektivi

İRANA UDUZMA, YARIMFİNALA QƏDƏR İRƏLİLƏ!

Futzal üzrə milli komandamız bu gün Kolumbiyada keçirilən dünya çempionatında üçüncü görüşünə çıxacaq. Futbolxeber.az saytının məlumatına görə, millimiz Asiya çempionu İranla qarşılaşacaq.

Afrika və Avropa çempionları ilə matçlardan 3 xalla ayrılan yığmamız üçün iranlılarla görüş həlledici əhəmiyyət daşıyır. Millimizin qrupda tutacağı yer, 1/8 finala yüksəlib-yüksəlməyəcəyi, mundialda bundan sonrakı taleyi məhz İranla matçdan asılıdır.

Son tur öncəsi millimizin turnirdəki perspektivinə aydınlıq gətirək.

ƏN İDEAL VARİANT - II YER

Millimiz İrana məğlub olmayacağı halda, qrup ikincisi kimi 1/8 finala adlayacaq. Təbii ki, bu, qələbəyə də aiddir. Hazırda yığmamızın qrup birincisi olması qeyri-real göründüyündən II yer böyük uğur hesab olunacaq. Üstəlik, bundan sonrakı rəqiblərin adları da yığmamız üçün münasibdir. Çünki arzuolunan nəticəni qazanacağımız halda, 1/8 finalda Tailandla qarşılaşacağıq. Millimiz B qrupunda II yer tutan Tailandı mübarizədən kənarlaşdıracaq gücdədir. Qrup mərhələsində Rusiyaya uduzan (4:6) tailandlılar, Kuba (8:5) və Misirə (2:1) qalib gəliblər. Aydın məsələdir ki, mundialda, xüsusən də 1/8 finalda zəif rəqib olmur. Lakin fakt budur ki, Tailand yığması dişimizə görə rəqibdir. Bu komanda nəinki Braziliya, Rusiya, İtaliya, İspaniya, səviyyəcə hətta İran, Kolumbiya, Argentina, Qazaxıstandan da geri qalır.

Qrup ikincisi olduqdan sonra Tailandı da mübarizədən kənarlaşdırsaq, 1/4 finalda böyük ehtimalla, Portuqaliya ilə üz-üzə gələcəyik. Çünki A qrupunda birinci olan Portuqaliya 1/8 finalda C (Vteynam), D (Kuba) və ya E (böyük ehtimalla, Kosta-Rika millisi olacaq) qrupunun üçüncüsü ilə üz-üz gələcək ki, bu komandaları da məğlub etmək pirineylilər üçün problem olmayacaq. Bir az da irəli gedərək qeyd edək ki, hər şey istədiyimiz kimi olsa, 1/4 finalda Portuqaliyaya qarşı mübarizə aparmaq, hətta qalib gələrək yarımfinala yüksəlmək belə mümkündür. Bu isə Azərbaycan yığması üçün fantastik nəticə olacaq.

10 TOP FƏRQİ İLƏ UDUZMASAQ, 1/8 FİNALDAYIQ

Təbii ki, millimizin İranla görüşdə uduzmayacağına, ən pis halda heç-heçə edəcəyinə inanırıq. Lakin hazırkı vəziyyətə görə millimiz İrana uduzacağı təqdirdə belə, 1/8 finala yüksələcək. Çünki mundialda 6 qrup üçüncüsü arasında ən yaxşı 4 nəticə göstərən komanda 1/8 finala vəsiqə qazanacaq. Artıq 4 qrupda mübarizəyə yekun vurulub. A qrupunda Panama, B qrupunda Misir, C qrupunda Vyetnam, D qrupunda isə Avstraliya 3 xalla üçüncü yeri tutub.

Bu komandalardan ən yaxşı göstərici Misirə məxsusdur. Afrikalıların top fərqi 0-dır. Vyetnamın top fərqi mənfi 6, Panamada mənfi 8, Avstraliyada isə mənfi 11-dir. Bu isə o deməkdir ki, yığmamızın top fərqi mənfi 7-yə bərabər olsa belə, Panama və Avstraliyanı qabaqlamaqla 1/8 finala adlayacağıq.

Hazırda millimizin top fərqinin müsbət 3 olduğunu nəzərə alsaq, görərik ki İrandan alınacaq 10 top fərqi ilə məğlubiyyət belə, Azərbaycan millisini 1/8 finala daşıyacaq. Lakin millimizin 1/8 finala qrup üçüncüsü kimi yüksəlməsi arzuolunan deyil. Bu halda yığmamız 1/8 finalda Braziliya və ya İtaliya ilə qarşılaşacaq. Təbii ki, favorit komandalarla belə erkən qarşılaşmağı heç kim istəməz.

Aydın məsələdir ki, bütün bunlar ehtimallardır. Yığmamızın qrupda neçənci olacağını, 1/8 finaldakı rəqibinin adını bu gecə biləcəyik. İnanırıq ki, yığmamız İranla matçda ən azı 1 xal qazanmaqla növbəti tarixi uğuruna imza atacaq.

Hazırladı: İBRAHİM

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30