20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Aqressiv oynadıq, çünki meydanda kişilər mübarizə aparırdı”

Futzal üzrə milli komandamızın üzvü Tiaqo Bolinhanın Futbolxeber.az saytına müsahibəsi

- Milli komandamız İspaniyaya qarşı yaxşı oynasa da, məğlubiyyətdən qaçmaq mümkün olmadı. 2:4 hesablı yenilgini necə şərh edə bilərsən?

- Oyun çox çətin alındı. Birinci hissədə daha yaxşı oynadıq. Fasilədən sonra komandada bir qədər yorğunluq əmələ gəldi. Bu da anlaşılandır. Çünki həm rəqibimiz Avropa çempionudur, çox güclüdür. Digər tərəfdən də biz 2 “dördlük”lə mübarizə aparırdıq. Rəqibin isə heyətində meydana çıxa biləcək daha çox oyunçu var idi. Bu səbəbdən də yorğunluq qaçılmaz idi.

- Nəticəni layiqli hesab etmək olar?

- Məncə rəqibə qarşı bərabər oynadıq. İspanlardan hansısa cəhətdə açıq-aşkar geri qalmırdıq. Rəqib 2 dəfə avtoqol sayəsində sevindi. Bu da nəticəyə birbaşa təsir etdi. Hardasa bəxtimiz də gətirmədi.

- Meydanda komandamız bir qədər aqressiv görünürdü. Bu, nədən irəli gəlirdi?

- Bəli, aqressiv oynadıq. Çünki meydanda kişilər mübarizə aparırdı. Bu, dünya çempionatıdır. Mundialda aqressiv oynamasan, uğur qazanmaq çətindir. Belə də oynamaq lazımdır.

- Həddindən artıq aqressivlik də cəzalanma ilə nəticələnə bilər.

- Düzdür, bəzən aqressivlik sarı, qırmızı vərəqə ilə nəticələnə bilər. Bunun üçün də diqqətli olmaq lazımdır. Dediyim kimi, dünya çempionatında yarışırıq və burada hər bir komanda uğur qazanmaq istəyir. Hər kəs meydanda tam gücünü qoymalıdır ki, lazımi nəticəni qazanmaq mümkün olsun.

- Millimizin qrupdakı son rəqibi İrandır. Bu matçdan nə gözləmək olar?

- İranın Mərakeşlə oyununa baxdıq. İran yığması da güclü rəqibdir. Zəif deyillər. İlk növbədə istirahət etməliyik. Daha sonra İranla oyuna yaxşı hazırlaşmalıyıq. Qarşıdakı matç bizim üçün həlledici əhəmiyyət daşıyır. Əlimizdən gələni edəcəyik ki, İranla görüşdə uğur qazanaq. İspaniyaya qarşı görüşdəki kimi çıxış etsək, İrana qalib gələcəyik.

- Son turda İranla görüşdə yığmamızı qrupda ikinci yeri tutmaq üçün heç-heçə də qane edir. Bunu komandamız üçün üstünlük hesab etmək mümkündür?

- Hazırda qrup ikinci olmaq üçün çox böyük şansımız var. Xallarımız eyni olsa da, top fərqində üstünük. Rəqiblə müqayisədə bir qədər rahat olacağıq. Çünki İran mütləq qalib gəlməlidir. Biz də meydana 3 xal üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyacağıq ki, qrup ikincisi kimi 1/8 finala yüksələk.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30