24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“İspaniya ilə oyunu səbirsizliklə gözləyirik” LAYİHƏ

“İspaniya ilə oyunu səbirsizliklə gözləyirik. Qarşıdakı 2 matç bizim üçün çox vacibdir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında Azərbaycan yığması bu gecə İspaniya ilə qarşılaşacaq. Baş katib qeyd edib ki, yığmamız ispanlardan xal ala bilər: “İspaniya güclü rəqibdir. Matçın çətin keçəcəyi hər kəsə məlumdur. Ümid edirəm ki, futzalçılarımız bu gün bizi sevindirəcəklər. Yığmamızın uğur qazanmaq üçün potensialı var. İlk oyunda komandamız gücünü göstərdi. Mərakeş üzərində 5:0 hesablı qələbə qazandıq. Qapımızı toxunulmaz saxladıq. Bu nəticə bizi sevindirdi. İndi eyni uğuru ispanlarla görüşdə gözləyirik”.

Elxan Məmmədov bildirib ki, millimizin ilk hədəfi mundialda qrupdan çıxmaqdır: “Bu, dünya çempionatıdır. Hər oyuna diqqətlə yanaşmaq lazımdır. Komandamızın ilk məqsədi qrupdan çıxmaqdır. Millimiz 1/8 finala adladıqdan sonra növbəti mərhələ üçün əsas hədəfimiz müəyyənləşəcək”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30