25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Vitali Borisov: “5:0 hesablı qələbə gözləmirdim” (MÜSAHİBƏ)

Futzal üzrə milli komandamızın aparıcı üzvü Vitali Borisov Mərakeşlə oyundan sonra (5:0) Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız Mərakeşi məğlub etməklə dünya çempionatına qələbə ilə start verdi. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun çətin keçdi. Xüsusən də birinci hissə. Hesabı açana kimi bir az əsəbi idik. Bu da normaldır. Həm turnirdə ilk oyunumuz idi, həm də çempionatın debütantıyıq. İlk dəfədir ki, belə bir mötəbər yarışda çıxış edirdik. Qol vurandan sonra rahatlaşdıq. Yaxaladığımız qol epizodlarının 70-80 faizindən istifadə etdik.

- Mərakeş millisi sizi nə iləsə təəccübləndirə bildi?

- Rəqibi oyundan əvvəl yaxşı tanımırdıq. Düzdür, bəzi oyunlarına baxmışdıq. Lakin bu, rəqibi tam tanımağa imkan vermirdi. Ona görə də meydanda nəyə qadir olduqlarını gördük. Məqsədimiz erkən qol vurmaq idi. Bu istəyimizə çata bilmədik. Ancaq hesabı açdıqdan sonra işimiz daha rahat oldu.

- 5:0 hesablı qələbə gözləyirdinmi?

- Sözün açığı, hesab arasındakı fərqin bu qədər böyük olacağını gözləmirdim. İstəyirdik ki, çox qol vuraq. Çünki top fərqində üstünlük qazanmağa çalışırıq. Son turda İranla qarşılaşacağıq. Həmin vaxt top fərqi bizə çox lazım ola bilər. Ona görə də Mərakeşlə matçda mümkün qədər çox fərqlənməyə çalışırdıq.

- Mərakeş yığmasının çıxışını necə dəyərləndirərdin?

- Onlar da qol vurmaq, qələbə qazanmaq istəyirdilər. Mərakeş yığması daha əvvəl dünya çempionatında İran və İspaniyaya qarşı oynayıb. Bu komandaların nəyə qadir olduğunu bilir. Bəlkə də Azərbaycanla görüşdə qələbə qazanmaqla, ən azı bizi qabaqlamaq istəyirdilər. Lakin onlara şans tanımadıq və layiqli qələbə qazandıq.

- Hazırda qrupumuzun digər oyunu - İran - İspaniya matçını izləyirsən. Növbəti rəqiblər haqda fikirlərin necədir?

- Hər iki komanda səviyyəli, güclü rəqibdir. Mərakeşlə müqayisədə bu komandaları daha yaxşı tanıyırıq, nəyə qadir olduqlarını bilirik. Həm İspaniyaya, həm də İrana qarşı oyunlarımız çox çətin olacaq

- Rəqibləri iş başında görürsən. Necə düşünürsən, İspaniya və İrana qarşı mübarizə aparmaq olar?

- Əlbəttə olar. Tək İspaniya və İrana deyil, istənilən komandaya qarşı mübarizə aparmaq olar. Rəqiblərimiz güclüdürlər, buna şübhə etməyə dəyməz. Amma yenə də sona qədər müqavimət göstərəcəyik. Bizi qarşıda 2 yüksəksəviyyəli komanda ilə çox maraqlı görüşlər gözləyir.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30