29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Qələbə qazanmaq istəyirik”

Futzal üzrə dünya çempionatının final mərhələsində keçiriləcək Mərakeş - Azərbaycan oyunu ilə bağlı FİFA rəsmi mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, konfransda millimizin baş məşqçisi Milton Luis Ziller Junior və komandanın kapitanı Rizvan Fərzəliyeviştirak edib.

Miltinyo görüşlə bağlı bunları söyləyib: “Yaxşı hazırlıq keçmişik. İlk dəfə iştirak edəcəyimiz dünya çempionatına hazırıq. İlk oyunda qələbə qazanmaq istəyirik. Mərakeş millisinin Afrika çempionatındakı bəzi oyunlarını izləmişik. Rəqibimiz haqda xoş sözlər deyə bilərəm. Onlar taktiki planda yaxşı təşkilatlanmış komandadır. Top özlərində olan zaman sürətli oynamağa çalışırlar. Oyunçuları fərdi qabiliyyətlərinə görə də seçilirlər. Asan oyun olmayacaq. Amma azarkeşlərimiz bizdən qələbə ilə start gözləyir. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu cür gözəl arenada layiqli mübarizə aparmaq lazımdır”.

Kapitan Rizvan Fərzəliyev də görüşə hazır olduqlarını bildirib: “Buraya gəldiyimiz gündən dünya çempionatının həyəcanını hiss edirik. İlk dəfə qatıldığımız çempionatı xoş notlarla yaddaşlara həkk etmək niyyətindəyik. Komandamız qrupumuzun açılış oyununa hazırdır. Yaxşı kollektivimiz var və hər kəs məsuliyyətini dərk edir. Təbii ki, Mərakeşlə oyunda qələbə qazanmaq üçün meydanda əlimizdən gələni maksimum dərəcədə edəcəyik. Məqsədimiz qrupdan növbəti mərhələyə yüksəlməkdir. Bu yolda başlanğıcdan çox şey asılıdır. Rəqibin oyunlarını izləmişik, məşqçilərimiz müəyyən təhlillər aparıb. Bilirik ki, bu mərhələdə zəif komanda olmur. Üstəlik, Mərakeş millisi Kolumbiyaya Afrika çempionu kimi təşrif buyurub. Taktiki-texniki cəhətdən yaxşı təsir bağışlayırlar. Fərdi oyuna üstünlük verirlər. Zəif nöqtələrini özümüz üçün təsbit etmişik. Bundan maksimum yararlanmağa çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31