20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, toplantıda ilk olaraq Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. Nazir Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasından danışaraq bütün qonaqları salamlayıb: "Azərbaycanda mötəbər idman yarışlarının keçirilməsi artıq ənənə halını alıb. Ötən il Bakı ilk Avropa Oyunlarına, şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Bu il paytaxtımızda Formula 1 kimi nüfuzlu yarış təşkil olundu. İndi isə Bakı şahmat dünyasının mərkəzinə çevrilib. Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Böyük etimada görə FİDE-yə təşəkkür edirik".

FİDE prezidenti Kirsan İlyumjinov isə 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana təşəkkür edib: "Əminliklə demək olar ki, Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır. Burada olmaqdan məmnunam. Yüksək təşkilatçılığa görə Azərbaycan hökümətinə, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hamıya məlumdur ki, Azərbaycanda şahmat çox sevilir. Dünyada ilk dəfə məhz Azərbaycanda şahmatın inkişafına dair Dövlət Proqramı imzalanıb. Məktəblərdə şahmat tədris olunur".

Sonra Azərbaycan Respublikasının Dövlət Himni, ardınca isə FİDE-nin himni səsləndirilib.

Qeyd edək ki, FİDE-nin 87-ci Konqresi sentyabrın 13-də yekunlaşacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30