19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Karuana: “Olimpiadanın təşkilatçıları çox böyük iş görüblər”

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının altıncı turunda ABŞ millisi buna qədər xal itirməyən Ukraynanı məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, görüş 2,5:1,5 hesabı ilə nəticələnib ki, Fabiano Karuananın Pavel Elyanovu məğlub etməsi ABŞ-a qələbə gətirib.

Partiyadan sonra Karuananın iştirakı ilə mətbuat konfransı keçirilib. 24 yaşlı şahmatçı qələbəsini belə şərh edib: “Hələ ki turnir istədiyimiz kimi keçir. 6 tur ərzində uduzmamışıq. Üstəlik, Rusiya və Çin kimi komandaları turnir cədvəlində qabaqlayırıq. Bu, uğurlu nəticədir. ABŞ-ın hazırkı heyəti gənclərdən ibarətdir. Ukrayna ilə görüşümüz çətin alındı. Amma mən vəziyyətdən maksimum yararlanmağı bacardım”.

Fabiano Karuana qeyd edib ki, dünən Olimpiadada istirahət günü olması onun işinə yarayıb: “Dünən şahmat barədə düşünməməyə çalışdım. İstəyirdim ki, beynim təmizlənsin. Daha sonra isə tam gücümüzlə Ukraynaya qarşı mübarizə apardıq. Sevinirəm ki, güclü rəqib üzərində qələbə qazanmağa müvəffəq olduq”.

Əslən İtaliyadan olan qrossmeyster Bakıda keçirilən Şahmat Olimpiadasının yüksək təşkilatçılığına da toxunub: “Yarış çox yüksək səviyyədə keçirilir. Təşkilatçılar çox böyük iş görüblər. Bunu görməmək mümkün deyil. Belə gözəl şəraitdə idmançılara yalnız fikrini oyunlara yönəltmək qalır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30