20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Olimpiadada IV tur start götürür: heyətlər məlumdur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün IV turun oyunları keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (IBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək.

Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan - Kuba, ABŞ - Çexiya, Çin - İtaliya, İngiltərə - Hollandiya, Yunanıstan - Fransa görüşləri də maraqla gözlənilir.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

Kişilər

Rumıniya (2572) - Azərbaycan-1 (2705)

Konstantin Lupulesku (2618) - Şəhriyar Məmmədyarov (2761)

Boqdan-Daniel Deas (2524) - Teymur Rəcəbov (2722)

Mihail Marin (2572) – Rauf Məmmədov (2666)

Vlad-Kristian Yianu (2554) - Arkadi Naydiç (2696)

IBCA (2275) - Azərbaycan-2 (2576)

Yuri Meşkov (2354) - Vasif Durarbəyli (2612)

Stanislav Babarikin (2339) – Ülvi Bacarani (2509)

Yasek Staçanjik (2192) - Qədir Hüseynov (2625)

Oliver Mueller (2272) - Namiq Quliyev (2577)

Azərbaycan-3 (2350) - Türkmənistan (2416)

Vüqar Əsədli (2406) - Maksat Atabayev (2485)

Nail Bəşirli (2387) - Yusup Atabayev (2453)

Abdulla Qədimbəyli (2294) - Saparmurat Atabayev (2406)

Məhəmməd Muradlı (2331) - Handjar Odeyev (2401)

Qeyd edək ki, 3 turdan sonra əsas komandamız ikinci pillədə, ikinci komandamız 33-cü, üçüncü yğmamız isə 59-cu yerdə qərarlaşıb.

Qadınlar

Azərbaycan-1 (2320) - Rumıniya (2343)

Zeynəb Məmmədyarova (2295) - Korina-İsabela Peptan (2394)

Günay Məmmədzadə (2361) - Kristina-Adela Foysor (2353)

Gülnar Məmmədova (2304) - Elina-Luminita Kosma (2331)

Nərmin Kazımova (2302) - İrina Bilmaqa (2395)

İtaliya (2270) - Azərbaycan-2 (2248)

Olqa Zimina (2389) - Türkan Məmmədyarova (2304)

Marina Brunello (2376) - Xəyalə Abdulla (2214)

Diseree di Benedetto (2183) – Nərmin Kazımova (2219)

Alessia Santeramo (2001) - Nərgiz Umudova (2247)

Azərbaycan-3 (2016) - Braziliya (2116)

Nərmin Məmmədova (2230) - Juliana Sayumi Terao (2268)

Xanım Balacayeva (2147) - Julia Alboredo (2135)

Gövhər Beydullayeva (1994) - Suzana Çanq (2093)

Aynur Katanova (1784) - Katye Librelato (2079)

Qeyd edək ki, 3 turdan sonra əsas yığmamız 12-ci, ikinci millimiz 19-cu, üçüncü komandamız isə 33-cüdür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30