20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

San Marinonun baş məşqçisi: “Heyətimizdə bir nəfər də olsun peşəkar futbolçu yoxdu”

Rusiyada keçiriəcək futbol üzrə 2018-ci il dünya çepionatının seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığması San-Marinonun qonağı olacaq. Futbolxeber.az saytının məlumatına görə, rəqib baş məşqçi Pyerancelo Mansaroli oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.  

- Azərbaycanla oyun barədə düşüncələriniz maraqlıdır...

- Qarşılaşmadan maksimum nəticə gözlənitmiz var. Bəli, çətinliklərimiz var, oyun asan keçməyəcək, ancaq biz bu matça tam hazırıq. Gücümüzün ən maksimumunu ortaya qoyacağıq.

- Rəqib Azərbaycan yığmasıdır. Bu komandanın ən güclü tərəfləri hansılardır?

- Belə baxanda, ikimiz də yaxşı komandayıq. Ancaq etiraf edim ki, Azərbaycan yığması ilə oynamaq ox çətindir. Onların istər ötən Avropa çempionatının seçmə mərhələsində, istərsə də yoxlama görüşlərindəki oyunlarını izlədiyimiz üçün belə deyə bilərik. Azərbaycanı yaxşı komanda adlandırmaq olar. Hörmətlə yanaşırıq, ancaq biz də öz üzərimizdə işləyirik, öz oyunumuzu, öz mentalitetimizi meydanda göstərməyə çalışacağıq. Asan olmayacaq, rəqibə çətinlik yaratmağa çalışacağıq.

- Sentyabrın 3-ü San-Marinonun Respublika günüdür. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik. Sualımız isə odur ki, bu hadisə sabahkı matçda komandamızın xeyrinə olacaqmı?

- Təşəkkür edirik. Bu gün bizim üçün həqiqətən də bayramdır və biz San Marino vətəndaşı olmaqdan qürur duyuruq, bununla fəxr edirik. Təbii ki, bu bayram bizə emosional baxımdan müsbət təsir edəcək. Ancaq hisslərə qapılmaq fikrində deyilik. Öz oyunumuzu oynayacaq, diqqətli olacağıq.

- Öz komandanızdan sabahkı oyunda ən yaxşı nə gözləyirsiz?

- Məsuliyyətimizi anlayırıq. Deməzdim ki, hansısa tərəfimizi önə çıxarırıq, ona köklənirik. Yetirmələrimin çalışma əzmindən razıyam. Onların məsuliyyət və peşəkarlığına güvənirəm. Etiraf edirəm ki, çətinliklərimiz az deyil. Ən azı heyətimizdə bir nəfər də olsun peşəkar futbolçu yoxdur, amma bu, sabahkı oyuna təsir etməyəcək. Qarşılaşmaya tam hazırıq.

- Konkret heyəti açıqlama istəmirsiz?

- Xeyr, çünki hələ müəyyən etməmişəm.

- Keçən dəfə oyundan öncə taktiki sxem barədə danışmış, ancaq matçda başqa düzülüşlə çıxmışdız...

- Belə şeylər olur. 5-4-1 sxeminə üstünlük verə bilərəm, ancaq buna da indidən təminat yoxdu.

- San Marino yığması hücum, yoxsa daha çox müdafiə futbolu oynayacaq?

- İndidən bir şey deməyim. Hər şey oyunun gedişindən asılı olacaq. Geriyə otura, hücuma atıla da bilərik.

- Rəqibin oyun sistemi, heyəti barədə konkret hansı məlumatınız var?

- Rəqib haqda çoxdandı məlumat toplayırıq, oyunlarına baxırıq. Görürük ki, Azərbaycan futbolu inkişaf edir. İki klubunuzun birdən Avropa Liqasının qrupunda oynaması buna əyani misaldır. Fat faktlığında qalır. Bunu gözdən qaçırmaq olmaz. Üstəlik, rəqibin yaxşı məşqçisi də var. Əminliklə söyləyə bilərəm ki, Azərbaycan qrupda istənilən rəqibə başağrı olmağa qadirdir.

- Necə düşünürsüz oyunun favoriti kimdi: San Marino, yoxsa Azərbaycan?

- Təbii ki, Azərbaycan. Səviyyəniz daha yüksəkdir. Ancaq bu, futboldur və hər oyun ayrı bir qarşılaşmadır. 90 dəqiqədə hamı bərabər olur, eyni əzmi ortaya qoyur. Biz öz növbəmizdə maksimum təşkilatlanmağa, xüsusilə müdafiədə diqqətli olmağa çalışacağıq. Qarşımızda limit qoymuruq, hər oyuna qələbə üçün çıxırıq.

- Prosineçki sizin üçün daha qorxuludur, ya Azərbaycan yığması?

- Şübhəsiz, oyunçular. Çünki oyunu onlar oynayır. Məşqçi də vacibdi, oyun barədə qərarları verir. Ancaq Azərbaycan millisi komanda kimi daha güclüdür.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30