20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

İlham Zəkiyev: "İnanıram ki, heç kim peşman olmayacaq"

"Olimpiyaçılarımızın qoyduğu zəfər ab-havasını paralimpiyaçılar davam etdirməyə çalışacaq. Bütün gücümüzü səfərbər edəcək və çağışacağıq ki, öz qələbələrimizlə xalqımızı sevindirək".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Paralimpiya Oyunlarının ikiqat qızıl medalçısı İlham Zəkiyev deyib.

İ.Zəkiyev bir neçə gündən sonra Braziliyanın Rio-de-Janeyro şəhərində startı veriləcək 2016-cı il Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olması ilə bağlı bunları bildirib: "Yenə bu iş mənə həvalə olundu. Çalışacağam ki, belə şərəfli işin öhdəsindən layiqincə gəlim. Əvvəlki Oyunlarda da bayraqdar olmuşam və bununla bağlı təcrübəm var. Bizim qızıl medalçılarımız ikiqat, ikiqat çempionlarımız üçqat paralimpiya çempionu adını qazanmağa çalışacaq. Çempion olmayan paralimpiyaçılarımız isə ilk qızıl medal qazanmağa çalışacaqlar".

O, hər kəsi sentyabrın 7-də keçiriləcək XXXI Yay Paralimpiya Oyunlarının açılış mərasiminə baxmağa çağırıb: "Orada bir sürpriz hazırlamışıq. Hər kəsi gec saatlarda da olsa, açılışa baxmağa dəvət edirəm. İnanıram ki, heç kim peşman olmayacaq".

Qeyd edək ki, Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30