29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

“Dünya çempionatında ilk növbədə qrupdan çıxmalıyıq” LAYİHƏ

AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatına hazırlaşan futzal millimizdən danışıb. Futbolxeber.az saytının məlumatına görə, AFFA prezidenti yığmamızın mundialdakı məqsədində də söz açıb: “Bir neçə gündən sonra milli komandamızı Kolumbiyaya yola salacağıq. Buna qədər futzalda böyük nailiyyətlərimiz olub. Bu il komandamız ilk dəfə dünya çempionatına vəsiqə qazandı. Komandamızdan mundialda da uğurlu nəticə gözləyirik. İlk növbədə qrupdan çıxmalıyıq”.

Dünya çempionatı öncəsi futzal millimizin əsas problemi yoxlama oyunlarının azlığıdır. Rövnəq Abdullayev bu məsələyə də münasibət bildirib: “Vaxt azlığına görə milli komandamızın baş məşqçisi ilə görüşməyimiz mümkün olmadı. Onun yoxlama oyunları ilə bağlı nə dediyini bilmirəm. Federasiya bu sahədə iş görürdü. Lakin hər şey bizdən asılı deyil”.

Rövnəq Abdullayev milli üzvlərinin artıq Kolumbiyadakı vaxta uyğun hazırlıq keçdiklərini qeyd edib: “Kolumbiya ilə aramızda 7 saatlıq fərq var. Bunu nəzərə almışıq. Artıq yığmamız hazırlığını Kolumbiya saatına uyğun qurub. Fərq olsa da, buna uyğunlaşmaq lazımdı”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31