20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Valentin Demyanenko: “Mənim üçün maksimum nəticə qızıl medal olardı”

“Bütün idmançılar kimi mən də olimpiadada qızıl medal qazanmaq istəyirdim. Amma yekunda gümüşlə kifayətləndim. Bu nəticəni layiqli hesab edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan kanoeçisi, Rio Yay Olimpiya Oyunlarının  gümüş medalçısı Valentin Demyanenko deyib.

Təcrübəli idmançı bu gün  Mingeçevirdə yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzində jurnalistlərlə görüşüb.

Demyanenko olimpiadada qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: “Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. 7 santimetr məsafə gümüş medalla kifayətlənməyimə səbəb oldu”.

Təcrübəli idmançı qazandığı uğuru maksimum nəticə hesab etmir: “Mənim üçün maksimum nəticə qızıl medal olardı. Qazandığım nəticədən daha artığına layiq idim. Həm Londonda, həm də Rioda çempion olmaq gücündəydim. Amma sonda gümüş medal qazandım”.

Demyanenko qeyd edib ki, hazırda istirahət barədə düşünür: “Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynanılar arasında da qazandığım nəticəyə görə sevinənlər var. Amma onlar daha çox öz çempionlarına görə sevinirlər”.

33 yaşlı idmançı hələlik gələcək karyerası haqda qərar qəbul etmədiyini vurğulayıb: “Növbəti olimpiadada iştirak edib-etməyəcəyimi indidən deyə bilmərəm. Karyeramı davam etdirib-etdirməyəcəyim hələ məlum deyil. Lain istənilən halda, karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Çünki bütün həyatımı bu idman növsünə həsr etmişəm. Məşqçilərimdən çox şey öyrənmişəm. Onlarən hər biri mənə çox kömək ediblər”.

Demyanenko vaxtı ilə Azərbaycan yığmasında birgə çalışdığı Andrey Trayterlə münasibətlərindən də söz açıb: “Ona qarşı münasibətim hamı kimidi. Hər şey normaldı. İdmanda düşmən olmur. Heç bir rəqibim arasında fərq qoymuram”.

Əslən ukraynalı olan idmançı Azərbaycan dilində anladığını söyləyib: “Artıq 9 ildir burada yaşayıram. Azərbaycan dilini müəyyən qədər başa düşürəm, bəzi sözlərin mənasını bilirəm. Təəssüf ki, Azərbaycan dilində danışa bilmirəm”.

Sonda Demyanenko qazandığı olimpiya medalın rolu olan hər kəsə təşəkkür edib: “İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə idmançılar üçün yaratdığı şəraitə görə minnətdaram. Eləcə də idman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. Mənə dəstək olan hər kəs sağ olsun. 9 il ərzində uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə kömək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmçinin “Kür” Olimpiya Tədris İdman Mərkəzinin rəsmisi Rəhman Xanlarovun adını çəkmək istərdim. O, Mingəçevirə gəldiyim ilk gündən mənə dəstək olub, bütün işlərdə yardımçı olub”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30