23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Bakı Şahmat Olimpiadası öncəsi media tur təşkil edildi

Bu gün Bakı Şahmat Olimpiadasının keçiriləyi Kristal Zalda jurnalistlər üçün media-tur təşkil olunub. Futbolxeber.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə açıb. O, jurnalistlərə iş prosesi barədə ətraflı məlumat verib. Şəfizadə qeyd edib ki, olimpiadanı işıqlandırmaq üçün 248 media nümayəndəsi qeydiyyatdan keçib ki, onlardan da 98-i əcnəbidir.

Sənan Şəfizadənin sözlərinə görə, Kristal Zalda olimpiada zamanı şahmat sərgisi keçiriləcək. Bu sərgidə tarixi şahmat lövhələri, fiqurları yer alacaq. Bundan başqa, Şahmat kafesi və Qonaq evi də qonaqların ixtiyarına veriləcək. Yarışlar olimpiadanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. 3 dildə şərh olunacaq oyunları 5 milyondan artıq tamaşaçının izləyəcəyi gözlənilir.

Olimpiadada 200-dən artıq hakim iştirak edəcək ki, onlardan 26-sı Azərbaycanı təmsil edəcək. Yarış zamanı tamaşaçıların arenaya girişi sərbəst olacaq.

Daha sonra media nümayəndələri yarış zalı və mətbuat mərkəzi ilə tanış olmaq imkanı qazanıblar.

Sonda qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19.00-da başlayacaq. Sentyabrın 2-də isə olimpiadaya start verəcək. İlk turun görüşləri 15:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30