19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Cəbrayıl Həsənov: "Hakim haqsızlığı ilə üzləşdim"

"Olimpiadada üçüncü yeri tutdum. Əlimdən gələni etdim, istərdim qızıl medal qazanım". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 74 kq çəkidə bürünc medal qazanmış sərbəst güləşçi Cəbrayıl Həsənov deyib.

O, yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzmasının səbəbini belə əsaslandırıb: "Yarımfinalda 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Həm də bir az hakim haqsızlığı ilə üzləşdim. Qismət bu imiş. Sevinirəm ki, ölkəmə medal gətirə bildim".

Qeyd edək ki, C.Həsənov "Rio-2016"da ilk olaraq 1/8 finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesi üstələyib. Ardınca Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. O, son təsəlliverici görüşdə özbəkistanlı Bekzod Abduraxmanovu məğlub edərək bürünc medal qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30