28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Güləşçilərimiz finalda uduzdular

Rio-2016 Yay Olimpiya Oyunlarının son günündə sərbəst güləş yarışlarında daha iki idmançımız mübarizə aparır. Futbolxeber.az saytının məlumatına görə, 65 kq-da Toğrul Əsgərov yarışıb.

Olimpiya çempionumuz yarışa 1/8 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Rəqibini vaxtından əvvəl - 12:2 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala yüksəlib.
 
Bu mərhələdə Əsgərov amerikalı Frenk Molinaro ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı vaxtından əvvəl məğlub edən güləşçimiz yarımfinala vəsiqə qazanıb.
 
Finala gedən yolda olimpiya çempionumuz italiyalı Frank Çamiso ilə üz-üzə gəlib. Bu dəfə 6:4 hesabı ilə qələbə qazanan olimpiya çempionumuz finala vəsiqə qazanıb.
 
Həlledici görüşdə Əsgərovun rəqibi rusiyalı Soslan Ramonov olub. Güləşçimiz gözlənilmədən rəqibinə vaxtından əvvəl uduzu - 0:11. 
 

***

97 kq-da isə Xetaq Qazyumov yarışıb. O, mübarizəyə 1/16 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Baran olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən Xetaq Qazyumov 1/8 finala yazdırıb.

Bu mərhələdə güləşçimiz iranlı Reza Yezdani ilə qarşılaşıb. Ardıcıl ikinci qələbəsini qazanan Qazyumov 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimizin rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Özbək rəqibi üzərində 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda Qazyumov ukraynalı Valeri Andreyçevlə qarşılaşıb. 11:0 hesablı - vaxtından əvvəl qələbə qazanan güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə güləşçimizin rəqibi amerikalı Kayl Snayder olub. Təssüf ki, finalda uduzan təcrübəli güləşçimiz gümüş medalla kifayətlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31