23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Şahmat avtobusu fəaliyyətə başladı

Bakı Şahmat Olimpiadasına hazırlıqlar tam sürətlə davam edir. Futbolxeber.az saytının məlumatına görə, Olimpiadanın Əməliyyat Komitəsi hazırlıqlarla yanaşı, şahmatın təbliği istiqamətində də mühüm tədbirlər həyata keçirir. Belə addımlardan biri də paytaxt küçələrində şahmat avtobuslarının fəaliyyətə başlamasıdır. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə verib. Sözügedən ikimərtəbəli nəqliyyat vasitəsi paytaxt küçələrində şəhərin ən görməli yerlərində pulsuz fəaliyyət göstərəcək və şahmatın təbliğini həyata keçirəcək. Turda iştirak edənlərin avtobusda şahmat oynaması və Bakı Şahmat Olimpiadası haqda məlumatlar əldə etməsi üçün bütün şərait yaradılıb.

Şahmat avtobusunun təqdimat mərasimində Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, yığma komandanın aparıcı üzvləri, jurnalistlər və könüllülər iştirak ediblər. Avtobusa baxış keçirilib və millimizin üzvləri burada quraşdırılmış lövhələrdə şahmat oynayıblar.

Daha sonra şahmat avtobusu ilk turuna başlayıb.

Qeyd edək ki, şahmat avtobusları sentyabr ayının 14-ə qədər fəaliyyət göstərəcək.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30