16 Sentyabr 2025, Çərşənbə axşamı
Tovuz stadionunda işlər bitir
Ağayevə UEFA-dan təyinat
“Qarabağ” “Benfika” səfərində
V turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Rio-2016: Xanım güləşçilərimizin ilk rəqibləri məlumdu

Rio Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, avqustun 17-də xanım güləşçilərimiz mübarizəyə qoşulacaq. Mariya Stadnik 48, Yuliya Ratkeviç isə 58 kq-da mübarizə aparacaq. Hər iki güləşçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.

Stadnik 1/8 finalda argentinalı Patrisiya Bermudeslə qarşılaşacaq. Bu görüşün Bakı vaxtı ilə 17:48-də başlaması gözlənilir. Qələbə qazanacağı halda, güləşçimiz 1/4 finalda İvona Matkovska (Polşa) - Miesinney Cenesis (Nigeriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ratkeviçin 1/8 finaldakı rəqibi isə ukraynalı Oksana Qerqeldi. Bu görüş Bakı vaxtı ilə 17:56-ya planlaşdırılıb. Mərhələ adlayacağı halda, 1/4 finalda Ratkeviç Jaklin Renteriya (Kolumbiya) - Yanet Sovero Nino (Peru) cütünün qalibi ilə üz-üzə gələcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30