28 May 2026, Cümə axşamı
"Sumqayıt" 2 legioneri ilə vidalaşdı
“Şimal” I Liqada yerini qorudu
Rüfət Abbasov rəsmən “Neftçi”də
Murad Məmmədov "Pafos"a keçdi

Digər idman növləri

Çunayev "bürünc"ə sahib çıxdı

Azərbaycan millisi Rio Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb. Futbolxeber.az saytının məlumatına görə, yunan-Roma güləşçimiz, 66 kq-da yarışan Rəsul Çunayev bürünc medala sahib çıxıb. Yarımfinalda uduzan Çunayev, üçüncü yer uğrunda görüşdə koreyalı Hansu Ryu vaxtından əvvəl məğlub edib.

Bununla da ölkəmizin Rioda qazandığı medalların sayı 5-ə çatıb. Bunadək cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medala sahib olub.

Eyni zamanda boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinaladək irəliləyərək, ən azı bürünc medalı təmin edib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31