Digər idman növləri
"Azərbaycan kimi komandayla yalnız çempionluq uğrunda mübarizə aparmaq lazımdır"
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Aleksey Dreyev Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarına cavab verib. Futbolxeber.az saytı Dreyevin müsahibəsini təqdim edir:
- Sizə Bakı Şahmat Olimpiadasında Azərbaycan millisinin kapitanı olmaq təklif olunanda, münasibətiniz necə oldu?
- Azərbaycan yığması həmişə güclü şahmatçılarla seçilib. Buna görə də belə komandanın kapitanı olmaq çox sevindiricidir. Şahmatçılarla yaxşı münasibətim var. Bəziləriylə birgə çalışmışıq. Ötən il Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirində Şəhriyar Məmmədyarova kömək edirdim. Əvvəlki illərdə isə Rauf Məmmədovla işləmişik. Azərbaycan yığmasında yüksək səviyyəli şahmatçılar toplaşıb. Belə komandada kapitan kimi çalışmaq böyük zövq verir.
- Qəbələdə Azərbaycan yığmasının Gürcüstan millisiylə yoxlama görüşü barədə danışardınız. Gördüklərinizdən razı qaldınızmı?
- Gürcüstanla oyunda şahmatçılar yaxşı təsir bağışladı. Ümumi yoxlama görüş olduğundan nəticə o qədər önəmli deyil. Sözsüz, hesab bizim xeyrimizə oldu. Lakin burada əsas məqsəd gedişlərin, müxtəlif variantların yoxlanılması idi. Kapitan həmişə komandanın mümkün qədər yaxşı oynamasını arzulayır. İstəyərdim ki, daha yaxşı oynayaq. Amma bu günə olan vəziyyətdən razıyam.
- Son təlim-məşq toplanışı nə vaxt olacaq?
- Avqustun 19-da yenidən toplaşırıq. Son təlim-məşq toplanışında şahmatçıları çox yükləmək istəmirəm. Debütlər üzərində işləyəcəyik. Hər bir şahmatçının özünəməxsus təcrübəsi var. Onlar olimpiadada vahid komanda kimi mübarizə aparmağa çalışacaq. Son hazırlıq dönəmində heç bir oyun keçirilməyəcək. Olimpiadaya az vaxt qaldığından artıq şahmatçılara rahatlıq vermək lazımdır. 7-8 günlük məşqlərdən sonra olimpiadaya hazırlıq başa çatacaq.
- Azərbaycan millisindən olimpiadada hansı nəticəni gözləyirsiniz?
- Bilirsiniz, olimpiada haqda proqnoz vermək mümkün deyil. Heç kim bilmir püşk necə olacaq. İlk mərhələdə hansı komandalarla oynayacağımız məlum deyil. Şübhəsiz ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Azərbaycan millisi komandalar arasında Avropa çempionatının iki dəfə qızıl medalını qazanıb. Lakin Azərbaycan komandasının olimpiadada medalı olmayıb. Heyətimiz yaxşı olmasına baxmayaraq bizi gərgin mübarizə gözləyir.
Azərbaycan millisi kimi komandayla yalnız çempionluq uğrunda mübarizə aparmaq lazımdır. Reytinqə görə Azərbaycan olimpiadanın 4-cü komandasıdır. Ona görə qazanılacaq istənilən əyarlı medalı uğur hesab edəcəyəm.
- 180-ə yaxın ölkə və 2000-dən çox şahmatçı. Statistikaya əsasən iştirakçıların sayına görə Bakı Şahmat Olimpiadasında rekord qeydə alınacaq...
- İştirakçıların sayı rekord olacaq. Rəqabət baxımından da güzəştsiz mübarizə gözlənilir. Əsas rəqiblərimiz Rusiya və ABŞ komandalarıdır. Son olimpiya çempionları Çini unutmaq olmaz. Ümumiyyətlə zəif rəqib olmur. Olimpiada uzun marafondur. Belə yarışlarda Macarıstan, Polşa, Fransa, Ukrayna, İngiltərə kimi komandaları da siyahıdan silmək mümkün deyil. Bir səhv ümumi nəticəyə ciddi təsir edəcək.
- Norveç millisində dünya çempionu Maqnus Karlsen də çıxış edəcək. Bu komandadan çəkinmək lazımdır?
- Norveç yığmasında əsas diqqət Karlsenə yönələcək. Bununla belə onların mükafatlar uğrunda mübarizəyə qoşulacağı inandırıcı deyil. Olimpiada 11 turdan ibarətdir. Bu müddətdə Karlsen təklikdə bütün millini irəliyə apara bilməyəcək.
- Sizcə, Olimpiadanın Bakıda keçirilməsi şahmatçılarımıza mənfi, yoxsa müsbət təsir edəcək?
- Adətən deyirlər doğma şəhər yerli komandalara kömək edir. Müəyyən mənada təzyiq hiss olunur. Çünki, əksəriyyət yerli komandaya azarkeşlik edir. Bu amilin Azərbaycan millisinin oyununa mənfi təsir edəcəyinə inanmıram. Komandadakı şahmatçılar peşəkardır. Onlar belə yarışlara artıq öyrəşib.
- Gələcəkdə də Azərbaycan millisiylə çalışmaq istərdinizmi?
- Hazırda bütün fikrimiz olimpiadaya yönəlib. Nəticə qazanmaq istəyirik. İşimiz uğurlu alınsa davam etmək olar. Bu barədə heç kimlə danışmamışıq. Amma olimpiadada yaxşı nəticə qazansaq , gələcək barədə düşünmək mümkündür.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
05.10.2026
04.10.2026
03.10.2026




















.jpg)



