19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Elmar Qasımov finalda uduzdu

Rio Yay Olimpiya Oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Futbolxeber.az saytının məlumatına görə, 100 kq-da yarışan cüdoçumuz Elmar Qasımov bütün rəqiblərinin üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, 1/16 finalda rusiyalı Taqir Xaybulayevlə qarşılaşıb. Olimpiya çempionunu məğlub edən cüdoçumuz 1/8 finala yüksəlib.

Bu mərhələdə əlcəzairli Lies Buyakubla üz-üzə gələn Qasımov ikinci qələbəsini qazanmaqla 1/4 finala adlayıb.

Yarımfinala gedən yolda Qasımov misirli Ramadan Darvişlə üz-üzə gəlib. İpponla qələbə qazanan cüdoçumuz adını yarımfinala yazdırıb.

Finalın bir addımlığında Elmar Qasımov Artyom Bloşenko ilə üz-üzə gəlib. Ukraynalı rəqibini də ipponla üstələyən cüdoçumuz finala adını yazdırıb.

Finalda Qasımov çexiyalı Lukas Krpaleklə bacarmayıb. Çex rəqibinə uduzan cüdoçumuz Azərbaycana XXXI Yay Olimpiya Oyunlarında ikiinci gümüş medalı qazandırıb.

Buna qədər yığmamızın aktivində yalnız bir gümüş medal var idi. Digər cüdoçumuz, 73 kq-da yarışan Rüstəm Orucov da ikinci olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30