23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Qazaxıstan prezidenti azərbaycanlı olimpiya çempionunu təbrik edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimovu Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub. O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın Rio-2016-da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edərək bu ölkəni təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb. İdmançı 1993-cü ildə Bakıda anadan olub.

Yerli KİV-in məlumatına görə, Qazaxıstan hakimiyyəti olimpiya çempionuna 250 min dollar mükafat verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30