19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakı Şahmat Olimpiadası: Kapitanlarımız məlum oldu

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının kapitanları müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, kişi şahmatçılardan ibarət əsas millidə kapitan Aleksey Dreyev olacaq. Rusiya yığmasının heyətində (1992,1994 və 1996-cı illər) üç dəfə olimpiya çempionu olan Dreyev 1997 və 2005-ci illərdə komandalar arasında dünya çempionatının qalibi adını qazanıb.

Əslən Bakıdan olan İsrail şahmatçısı Emil Sutovski və Azər Mirzəyev müvafiq olaraq kişi şahmatçılardan ibarət ikinci və üçüncü komandalara kapitan təyin olunub.

Qadınların əsas komandasına Fikrət Sideifzadə rəhbərlik edəcək. Sərxan Quliyevlə Rəsul İbrahimov ikinci və üçüncü yığmalarda çalışacaq.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, hazırda əsas yığma komandalar Qəbələdə son hazırlıq mərhələsində iştirak edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30