29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azərbaycanı Qazaxıstana dəyişdi, Olimpiya çempionu oldu

Azərbaycanlı idmançı Nicat Rəhimov Rio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Futbolxeber.az saytının məlumatına görə, Qazaxıstan yığmasının şərəfini qoruyan həmyerlimiz bu uğura ağırlıqqaldırma yarışlarında imza atıb.

77 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov birdən qaldırmada öncə 160 kq, ardınca 165 kq çəkini ram edib. O, 3-cü yanaşmasında 168 kq çəkinin öhdəsindən gələ bilməsə də, bu hərəkətlərdə kiçik bürünclə kifayətlənib. Birdən qaldırmada isə London-2012-nin qalibi olan çinli Lyu Siaoyun 177 kq çəkini ram etməklə, dünya və Olimpiya rekordu müəyyənləşdirib.

Rəhimov ondan 12 kq geri qalsa da, ardınca bu fərqi aradan qaldırıb. O, təkanla qaldırma hərəkətlərində yeni tarix yazıb. Birinci cəhdində 202 kq çəkini başı üzərinə qaldıran təmsilçimiz ardınca 214 kq çəkini qaldırmaqda da çətinlik çəkməyib.

Bununla, yeni dünya və Olimpiya rekordu vuran Rəhimov bu hərəkətdə kiçik “qızıl”ı qazanmaqla yanaşı, ümumi nəticədə (165 kq + 214 kq = 379 kq) çinliyə çatıb. Öz çəkisi rəqibindən cəmi 64 qr yüngül olan Nicat bu göstərici ilə Olimpiya qızılını rəsmiləşdirib. Bu, həm də Qazaxıstanın Rioda qazandığı ilk medalı olub.

Artıq Olimpiya çempionu olduğu üçün həmyerlimiz üçüncü yanaşmasına ehtiyac görməyib. Hərçənd o, 1 kq artıq çəkini qaldırmaqla, 2 hərəkətin cəmində də dünya və Olimpiya rekordu vuracaqdı.

Beləliklə, Azərbaycandan incik ayrılan həmyerlimiz Qazaxıstan yığmasının heyətində dünya çempionluğunun ardından Olimpiada “qızıl”ına da yiyələnib.

Rioda bu çəkidə ikinci yeri Siaoyun (177 kq + 202 kq = 379 kq), üçüncü yeri misirli Youssef Mahmud (165 kq + 196 kq = 361 kq) tutub.

Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığmasından imtina edərək, Qazaxıstanı seçən 23 yaşlı ağırlıqqaldıran ölkəmizə Sinqapur Yay Olimpiya Oyunlarının qızıl medalını qazandırıb. O, həmin ildə - 2010-cu ildə Avropa çempionu tituluna da yiyələnib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31