16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Azərbaycan Rio-2016-da 27-ci pillədədi

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında üç günlük gərgin idman mübarizəsindən sonra 34 ölkənin atletləri medallara sahib ola biliblər. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 27-ci sırada qərarlaşıb.

Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə beş ölkə var - Danimarka, Fransa, Monqolustan, Filippin və Koreya Xalq Demokratik Respublikası.

Hazırda Olimpiadaya hesabında 5 qızıl, 7 gümüş və 7 bürünc medal olan ABŞ liderlik edir. Çin 5 qızıl, 3 gümüş, 5 bürünc medalla ikinci, Avstraliya 4 qızıl və 3 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu İtaliya (3-4-2), Yaponiya (3-0-7), Macarıstan (3-0-0), Rusiya (2-5-3), Koreya Respublikası (2-2-1), Tailand (2-1-1) və Böyük Britaniya (1-1-2) tamamlayır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30