28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rio-2016-da avarçəkənlərimizin rəqibləri müəyyənləşdi

XXXI Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışının püşkü atılıb. İdmanın bu növü üzrə yarışlarda Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasından “Azərtac”a bildiriblər ki, ikinəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər iki yürüşün hər birinə 4 duet qatılacaq.

Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk üçlüyə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.

Aleksandr Aleksandrov - Boris Yotov dueti Olimpiadada ilk dəfə eyni qayıqda çıxış edəcək. Amma A.Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında birnəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşün finalında mübarizə apararaq beşinci yeri tutub. B.Yotov isə yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Rio Olimpiadasının avarçəkmə yarışları avqustun 6-dan 10-dək keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31