19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Bakıda keçiriləcək Olimpiadanın açılış mərasimiylə bağlı iclas

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib. Futbolxeber.az saytının məlumatına görə, Bakı Şahmat Olimpiadasının direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və "Amapola" şirkətinin menecerlərinin iştirak etdiyi toplantıda əvvəlcə mərasimin ssenarisi müzakirə edilib. Daha sonra təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq şöbələrə tapşırıqlar verilib.

Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat işləməsi istiqamətində bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin Nəqliyyat departamentinə tapşırılıb ki, 4000-ə yaxın tamaşaçı və rəsmilərin arenaya vaxtında və rahat gəlməsini təmin etsin.

Turnirin mətbuat xidməti xəbər verir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında baş tutacaq. Sentyabrın 1-də keçiriləcək açılış mərasimi saat 19-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30