23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Dünya çempionatında ən güclü qrupda yer almışıq” LAYİHƏ

“AZƏRBAYCAN FUTZALI: DÜNƏN VƏ BU GÜN - DÜNYA ÇEMPİONATI ƏRƏFƏSİNDƏ”

Futzal üzrə milli komandamız dünya çempionatının hazırlıqlarını davam etdirir. Yığmamız artıq ikinci təlim-məşq toplanışındadır. Millimizin aparıcı üzvlərin olan Eduardo Mello Borges Futbolxeber.az saytına müsahibəsində ilk öncə hazırlıq prosesinin gedişindən danışıb: “Artıq 1 aydan çoxdur ki, komandamız təlim-məşq toplanışındadır. Hazırlıq yüksək səviyyədə davam edir. İlk mərhələdə əsasən fiziki çalışmalara diqqət yetirildi. Düzdür, havaların isti keçməsi bir qədər işimizi çətinləşdirirdi. Çünki istidə fiziki məşqlər keçmək çox çətindir. Lakin bu məqam işimizə mane ola bilməz. Çünki qarşıda bizi çox ciddi sınaq gözləyir. Dünya çempionatında bizi gərgin mübarizə gözləyir. Kolumbiyada uğur qazanmaq üçün ilk növbədə yaxşı hazırlıq keçməliyik. Uğur qazanmaq asan deyil. Bunun üçün məşqlərdə tam gücümüzlə çalışırıq. Komandada hər kəs məsuliyyətini dərk edir. Gün ərzində bəzən 1, bəzən də 2 məşq keçirik. Artiq taktiki çalışmalara yer verilir. Hetta bu günlərdə ikiətərəfli oyun da keçirdik. Komandanin gücləndiyi hiss olunur". 

Dünya çempionatı öncə yığmamızın heyətinə yeni futzalçılar cəlb olunur. Xüsusən də braziliyalılar diqqət çəkir. Lakin Eduardo komandaya yeni qoşulan oyunçular barədə çox danışmaq istəməyib: “Mən özüm də komandanın bir üzvüyəm. Ona görə də yeni oyunçular barədə fikir bildirə bilmərəm. Qısaca onu söyləyim ki, zəif oyunçunu heç vaxt yığmaya cəlb etməzlər. Xüsusən də dünya çempionatı öncəsi. Hazırda mundiala hazırlaşırıq. Baş məşqçi də əlindən gələni edir ki, dünya çempionatına ən güclüləri aparsın”.

Millimiz dünya çempionatında çox güclü qrupda yer alıb. Yığmamız İspaniya, İran və Mərakeşlə üz-üzə gələcək. Eduardo Mello komandamızın rəqibi haqda fikirlərini bölüşüb: “Hamımız çox yaxşı bilirik ki, dünya çempionatında zəif rəqib ola bilməz. Hər bir komanda güclüdür. Hansısa oyunun zəif keçəcəyinə ümid etmək olmaz. Necə rəqiblərə qarşı oynayacağımız artıq məlumdur. Dünya çempionatında ən güclü qrupda yer almışıq. İspaniya millisi bir neçə dəfə dünya və Avropa çempionu olub. Elə Serbiyada baş tutan son qitə birinciliyində də qızıl medalları bu komanda qazanıb. İran da öz qitəsinin çempionudur. Mütəmadi olaraq dünya çempionatında mübarizə aparır. Üstəlik, asiyalılar planetin ən güclü 10 komandası arasında yer alır. İran yığmasının da çıxışını yaxından təqib edirik. Komandanın heyətində güclü oyunçular var. O ki qaldı Mərakeşə, bu komanda da Afrika çempionudur. Gördünüyü kimi, çox güclü qrupa düşmüşük və bizi gərgin mübarizə gözləyir. Bu qrupda uğur qazanmaq üçün tam gücümüzlə çalışmalıyıq”.

Qrupdakı rəqiblərimiz nə qədər güclü olsa da, 29 yaşlı idmançı yığmamızın uğur qazanacağına inanır: “Rəqiblərimizin güclü olması faktdır. Lakin idmanda hər şey mümkündür. Mundialda istənilən rəqibdən xal almaq olar. Hər bir komanda dünya çempionatına uğur qazanmaq üçün yollanır. O cümlədən də biz. Favortilərlə oyunda belə, meydana yalnız qələbə üçün çıxacağıq. Komandamızın məqsədi var və uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Euardo 2013-cü ildən Azərbaycan millisinin şərəfini qoruyur. Təcrübəli müdafiəçi yığmamız 2013-cü 27 martında debüt edib. Avropa çempionatının seçmə mərhələsinə təsadüfən edən Norveçlə qarşılaşmada meydana çıxan Eduardo, komandamızın 6:0 hesablı qələbəsinə şahidlik edib. Geridə qalan müddətdə o, millimizdə 3 baş məşqçi - Joze Alesio, Faustino Peres və Miltinyo ilə çalışıb. 29 yaşlı oyunçu bu barədə fikrini də bizimlə bölüşüb: “Peşəkarlıq baxımından oyunçu üçün baş məşqçinin kimliyi ciddi fərq etmir. Bizim işimiz məşqçinin tapşırığını yerinə yetirməkdir. Təbii ki, hər bir məşqçi digərindən fərqlənir. Hər mütəxəssisin komandadan istəyi də başqa olur. Hazırda yeni baş məşqçinin rəhbərliyi altında çalışırıq. Miltinyonu da əvvəlki məşqçilərimizdən fərqləndirən xüsusiyyətlər var. O, kifayət qədər güclü mütəxəssisdir. Braziliyada, Rusiya iş təcrübəsinə malikdir. Xüsusən də taktiki baxımdan güclü məşqçi olduğunu vurğulamalıyam. Əvvəlki məşqçilərə də böyük hörmətim var. Həm Alesio, həm də Tino güclü məşqçilərdi. Onlarla birgə yaxşı nəticələr qazandıq. İnanıram ki, bundan sonra da lazimi nəticələrə imza atacağıq”.

Söhbətləşdi: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30