29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Fabiano Karuana: "Azərbaycan millisinin təcrübəli şahmatçıları var"

Şahmat üzrə ABŞ millisinin lideri Fabiano Karuana Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama verib. Futbolxeber.az saytının məlumatına görə, qrossmeyster 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirakıyla bağlı danışıb: "Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir. Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq. Olimpiada başlamazdan əvvəl nəticə haqda danışmaq düzgün olmaz. Əksər yığmalar olimpiadada əsas heyətlə çıxış edəcək. Bu isə yarışda böyük rəqabətin olacağını göstərir. İstənilən halda bizləri maraqlı yarış günləri gözləyir. Şahmatçı kimi hər oyunda maksimum nəticə uğrunda çıxış edəcəyik".

Azərbaycan paytaxtı Bakı haqqında danışan Karuana şəhərimiz haqda xoş sözlər dedi: "Dəfələrlə Azərbaycanda keçirilən yarışlarda iştirak etmişəm. Ötən il paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmışam. Bu il Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialında ikinci yeri tutmuşam. Həmişə Azərbaycanda təşkil olunan şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb. Burada hər zaman iştirakçılar üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadasının da ən yaxşı təşkilatçılıqla fərqlənəcəyinə inanıram".

ABŞ millisinin rəqiblərinə gəlincə Fabiano Karuana bütün komandalara hörmətlə yanaşdığını bildirdi: "Şahmat Olimpiadasında zəif rəqiblər olmur. Daha doğrusu püşk güclüləri bir-birinə rəqib edir. Kifayət qədər iddialı komandalar olacaq. Rusiya, Ukrayna, Çin yığmalarını xüsusi qeyd etmək istərdim. Meydan sahibi Azərbaycan yığmasının təcrübəli şahmatçıları var. Onlar doğma şəhərdə medallar uğrunda yarışacaq. İlk turdan sona qədər oyun nizamını qoruyan komandalar mükafatçılar sırasında yer alacaq.

ABŞ millisinin heyəti yaxşı şahmatçılardan formalaşıb. Biz də istərdik ki, Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanaq. Bunun üçün mümkün qədər səhvə yol verməmək lazımdır. Reqlament yığmaları diqqətli olmağa məcbur edir. Bir turda uğursuzluq olarsa komandanın mövqeyinə ciddi şəkildə təsir edir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31