19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Millimizin məşqçiləri: Nurməmmədovdan Miltinyoya qədər LAYİHƏ

Futbolxeber.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futzalı: dünən və bu gün - dünya çempionatı ərəfəsində” istiqaməti üzrə qalib olan mövzunu davam etdirir. Ölkə futzalının dünənini, bu gününü və perspektiv imkanlarını əhatə edəcək yazılardan ikincisi yığma məşqçilərinə həsr olunur. 1995-ci ildən rəsmi beynəlxalq yarışlarda çıxış edən millinin bütün çalışdırıcıları, onların nəticələri ilə bağlı mümkün olan məlumatları çatdırmağa çalışacağıq.

QORLEDƏ BAŞ TUTAN DEBÜT

Çoxları bilmir ki, Azərbaycanda mini-futboldan futzala keçid 1996-cı ildə baş verib. Halbuki, buna qədər artıq milli yaradılmışdı. 1991-ci ildə müstəqillik qazanan ölkəmizin DÇ-1992-nin iştirakçısı olmaması (hələ AFFA FİFA-ya üzv deyildi) başadüşüləndi.

Əsas komandamızın debütü isə 1995-ci il oktyabrın 23-nə təsadüf edib. Həmin ərəfədə - oktyabrın 23-28-i aralığında AÇ-1996-nın seçmə oyunları baş tutub ki, futzalçılarımız A qrupunda yer alıb. Bu qrupun oyunları isə Hollandiyanın 5 müxtəlif (Qoirle, Dronten, Zeist, Enshede, Den Boş) şəhərlərində keçirilib. Yığmamızın ilk baş məşqçisi isə hazırda “Səbail” klubunun Müşahidə Şurasının üzvü olan, “Neftçi”nin veteranlarından Əbdülqəni Nurməmmədov olub. Rəsmi mənbələrdə adı çəkilməsə də, Şakir Qəribovun da məşqçilər korpusunda yer aldığını qeyd edək.

AÇ ərəfəsində tez-tələsik formalaşdırılan yığma Hollandiyaya 11 nəfərlik heyətlə yollanıb: Rauf Hüseynov, Rüfət Məmmədov, Baba Əsgərov, Natiq Məmmədkərimov, Fikrət Hüseynov, Mahir Eyniyev, Nurəddin Eyniyev, Allahverdi Babayev, İlqar Aslanov, İbrahim Həsənov.

Bu vaxta kimi ölkə çempionatının mini-futbol qaydaları ilə keçirilməsi və bu səbəbdən futzalla müqayisədə texniki fərqlər, digər tərəfdən, yığmanın Hollandiyaya bir yoldaşlıq oyunu keçirmədən yollanması qitə çempionatında uğursuzluğu şərtləndirib. Bununla belə, oktyabrın 23-də Qorle şəhərində Polşa ilə debüt qarşılaşması xoş məqamlarla yaddaqalan olub. Belə ki, millimizin “siftə”si uğurlu alınıb: polyakları 6:4 hesabıyla yenmişik. Bu oyunda 4 qol vuraraq, hər kəsi təəccübləndirən Mahir Eyniyev ümumilikdə 5 oyunda rəqib qapılarından keçirdiyimiz 12 topdan 8-nin müəllifi olub, hətta avropalı menecerlərin diqqətini çəkib. Təəssüf ki, komandamız sonrakı 4 görüşün hamısında uduzaraq, qrup sonuncusu olub.

Növbəti il (DÇ-1996) baş tutan dünya çempionatında iştirak etməyin isə mənası yox idi. Çünki orda daha güclü rəqiblər olacaqdı. Həm də mini-futbol yox, sırf futzal kimi təşəkkül tapmaq üçün AFFA-nın komitə üzvlüyündən çıxıb ayrıca federasiya kimi fəaliyyət göstərməsi gərəkirdi. Bu iş 1998-ci ildə həyata keçirildi. Ağarza Rzayev ayrıca Futzal Federasiyasını yaradıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirtdi və təbii ki, ilk prezidenti də özü oldu. Futzal Federasiyasının AFFA-nın ilk müstəqil federasiyası olduğunu da qeyd edək.      

MİLLİ RƏSMİ YARIŞLARDA

DÇ-1989 - İŞTİRAK ETMƏMİŞİK.

DÇ-1992 - İŞTİRAK ETMƏMİŞİK.

AÇ-1996 (seçmə mərhələ - Hollandiya)

23.10.1995 Polşa 6:4

24.10.1995 Hollandiya 1:3

25.10.1995 Xorvatiya 3:6

27.10.1995 Slovakiya 1:3

28.10.1995 Çexiya 2:10

DÇ-1996 - İŞTİRAK ETMƏMİŞİK.

AÇ-1999 (seçmə mərhələ Belçika)

07.12.1998 Latviya 0:0

09.12.1998 Belçika 4:4

DÇ-2000 (seçmə mərhələ - Xorvatiya)

28.02.2000 Gürcüstan 6:6

29.02.2000 Yunanıstan 8:3

02.03.2000 Çexiya 4:8

03.03.2000 Xorvatiya 1:5

AÇ-2001 (seçmə mərhələ Macarıstan)

26.10.2000 Hollandiya 2:4

27.10.2000 Macarıstan 2:2

29.10.2000 Litva 8:2

AÇ-2003 (seçmə mərhələ - Portuqaliya)

06.11.2002 Portuqaliya 0:5

07.11.2002 Belarus 1:3

09.11.2002 Gürcüstan 4:1

DÇ-2004 (seçmə mərhələ - Cənubi Kipr)

05.11.2003 Polşa 1:6

07.11.2003 Cənubi Kipr 4:4

AÇ-2005 (seçmə mərhələ - Serbiya)

27.01.2005 Rusiya 0:5

28.01.2005 Serbiya 1:2

30.01.2005 Gürcüstan 7:3

AÇ-2007 (seçmə mərhələ - Hollandiya)

22.02.2007 Hollandiya 4:4

23.02.2007 Serbiya 5:5

25.02.2007 Finlandiya 8:3

DÇ-2008 (seçmə mərhələ - Çexiya)

28.02.2008 Ermənistan 9:1

29.02.2008 Finlandiya 4:2

02.03.2008 Çexiya 2:3

AÇ-2010 (seçmə mərhələ - Portuqaliya)

19.03.2009 Portuqaliya 3:3

20.03.2009 Polşa 4:3

22.03.2009 Finlandiya 5:1

(final mərhələsi - Macarıstan)

19.01.2010 Macarıstan 3:1

21.01.2010 Çexiya 6:1

1/4 final

25.01.2010 Ukrayna 3:3, pen. 4:2

1/2 final

28.01.2010 Portuqaliya 3:3, pen 3:5

3-cü yer uğrunda oyun

30.01.2010 Çexiya 3:5

AÇ-2012 (seçmə mərhələ - Azərbaycan)

24.02.2011 Qazaxıstan 6:3

25.02.2011 Fransa 4:2

27.02.2011 İspaniya 3:8

(final mərhələsi – Xorvatiya)

01.02.2012 Portuqaliya 1:4

03.02.2012 Serbiya 8:9

DÇ-2012 (seçmə mərhələ - Azərbaycan)

15.12.2011 Xorvatiya 1:3

16.12.2011 Makedoniya 7:1

18.12.2011 Ukrayna 4:2

(pley-off)

27.03.2012 Rusiya 2:3 (e)

09.04.2012 Rusiya 2:2 (s)

AÇ-2014 (seçmə mərhələ - Slovakiya)

27.03.2013 Norveç 6:0

28.03.2013 Bosniya və Herseqovina 3:2

30.03.2013 Slovakiya 2:1

(final mərhələsi - Belçika)

31.01.2014 Sloveniya 7:6

02.02.2014 İtaliya 0:7

AÇ-2016 (seçmə mərhələ - Azərbaycan)

18.03.2015 Belçika 3:1

19.03.2015 Danimarka 11:2

21.03.2015 Ukrayna 2:3

(pley-off)

15.09.2015 Slovakiya 3:1 (e)

22.09.2015 Slovakiya 1:1 (s)

(final mərhələsi - Serbiya)

04.02.2016 İtaliya 0:3

06.02.2016 Çexiya 6:5

1/4 final

09.02.2016 Rusiya 2:6

DÇ-2016 (seçmə mərhələ - Xorvatiya)

10.12.2015 İsveç 8:2

11.12.2015 Belarus 7:2

13.12.2015 Xorvatiya 4:1

(pley-off)

22.03.2016 Hollandiya 5:1 (s)

12.04.2016 Hollandiya 4:4 (e)

(final mərhələsi - Kolumbiya)

12.09.2016 Mərakeş

15.09.2016 İspaniya

18.09.2016 İran

2007-Cİ İLƏ KİMİ ANCAQ YERLİLƏRLƏ

Yığmamızda ən çox şans qazanan yerli mütəxəssis isə Hacıbala Abdullayev olub. Estafeti təhvil alan təcrübəli mütəxəssis iki müxtəlif cəbhədə - həm dünya, həm də Avropa çempionatlarında yığmaya başçılıq edib. O, AÇ-1999 və AÇ-2001-də, həmçinin DÇ-2000-də baş məşqçi postunu tutub. Ümumiyyətlə, 2007-ci ilə qədər komandada ancaq yerli mütəxəssislər çalışıb. Hacıbala Abdullayevi 2002-də Elman Ələkbərov əvəz edib. Daha sonra Rüstəm Rəhimov, Fazil Qarayev və Baba Əsgərov millinin sükanı arxasında olub.

Millimizin ilk əcnəbi baş məşqçisi isə Andrey Yudin olub. 2001-2002-ci illərdə “Turan Air”in şərəfini qoruyan mütəxəssis 2007-ci ilin dekabrın 13-də AFFA ilə müqavilə imzalayıb. Ancaq o, cəmi 3 ay yığmamızın baş məşqçisi olub. Onun rəhbərliyi altında futzalçılarımız müxtəlif turnirlərdə 6 qələbə qazanıb, 1 dəfə məğlubiyyətlə üzləşib. Millinin dünya çempionatının seçmə qrup mərhələsini adlaya bilməməsi AFFA rəsmilərinin martda Yudinlə əməkdaşlığa son qoymasına şərait yaradıb. Halbuki, rusiyalı mütəxəssis Azərbaycan futzalına DÇ-də Ermənistan üzərində böyükhesablı qələbə (9:1) ilə adını yazdırıb.

ZAUR AXUNDOV VƏ ƏCNƏBİ SEVGİSİ

Sirr deyil ki, Zaur Axundovun 2008-ci ilin yayında Futzal Federasiyasına prezident gəlməsindən sonra ölkəmizə legioner axını da başladı. Üstəlik, futzalda yüksək maaşlar, bahalı transferlər də məhz hazırkı prezidentin adıyla bağlıdı. Əslində, Yudini də məhz Axundov milliyə gətirmişdi. Belə ki, Zaur bəy federasiya başçısı postundan əvvəl milli komandanın rəisi vəzifəsinə təyin olunmuşdu. Axundov prezident olduğu 8 il ərzində daim əcnəbilərə güvənib. Əslində, bu müddətdə millinin baş məşqçi postunda cəmi 3 çalışdırıcı - Joze Alesio da Silva, Faustino Peres və Miltinyo olub. Futzalımızla bağlı ən böyük uğurlar Alesionun adıyıyla bağlıdı. Onun rəhbərliyi altında ilk dəfə qitə çempionatının final mərhələsinə vəsiqə qazanan, hətta Avropa 4-cüsü olan komandamız DÇ-də uğur qazana bilmirdi. Əsas cəbhədə ilki isə Faustino Peres gerçəkləşdirdi. Yığma ilk dəfə bu yaz mundiala vəsiqə qazandı. Bununla belə, postundan ayrılan ispaniyalını braziliyalı Miltinyo əvəz edib. Hələlik, Miltinyonun yığmamızda debütü gerçəkləşməyib. Ümid edirik ki, o, komandamızı daha yeni mərhələyə çıxaracaq.  

MİLLİMİZ DÜNYA ÇEMPİONATLARINDA

Yarış

Məşqçi

Məkan

O

Q

H

M

T/F

X

Y

DÇ-1989

iştirak etməmişik

 

 

 

 

 

 

 

 

DÇ-1992

iştirak etməmişik

 

 

 

 

 

 

 

 

DÇ-1996

iştirak etməmişik

 

 

 

 

 

 

 

 

DÇ-2000 seçmə m

H.Abdullayev

Xorvatiya

4

1

1

2

19-22

4

III

DÇ-2004 seçmə m

R. Rəhimov

Kipr

3

0

1

1

5-10

1

II

DÇ-2008 seçmə m

Andrey Yudin

Çexiya

3

2

0

1

15-6

6

II

DÇ-2012 seçmə m

Joze Alesio

Azərbaycan

3

2

0

1

12-6

6

II

DÇ-2012 pley-off

Joze Alesio

 

2

0

0

1

4-5

 

 

DÇ-2016 seçmə m

Fuastino Peres

Xorvatiya

3

2

1

0

19-8

7

I

DÇ-2016 pley-off

Faustino Peres

 

2

1

1

0

9-5

 

 

 

MİLLİMİZ AVROPA ÇEMPİONATLARINDA 

Yarış

Məşqçi

Məkan

O

Q

H

M

T/F

X

Y

AÇ-1996 seçmə m

Ə. Nurəhmədov

Hollandiya

5

1

0

4

12-25

3

6

AÇ-1999 seçmə m

H. Abdullayev

Belçika

2

0

2

0

4-4

2

2

AÇ-2001 seçmə m

H. Abdullayev

Beçika

3

1

1

1

12-8

4

3

AÇ-2003 seçmə m

E. Ələkbərov

Portuqaliya

3

1

0

2

5-9

3

3

AÇ-2005 seçmə m

F. Qarayev

Serbiya

3

1

0

2

8-10

3

3

AÇ-2007 seçmə m

B. Əsgərov

Hollandiya

3

1

2

0

17-12

5

2

AÇ-2010 seçmə m

Joze Alesio

Portuqaliya

3

2

1

0

12-7

7

2

AÇ-2010 final m

Joze Alesio

Macarıstan

5

2

2

1

18-13

 

4

AÇ-2012 seçmə m

Joze Alesio

Azərbaycan

3

2

0

1

13-13

6

2

AÇ-2012 final m

Joze Alesio

Xorvatiya

2

0

0

2

9-13

0

 

AÇ-2014 seçmə m

Joze Alesio

Slovakiya

3

3

0

0

11-3

9

I

AÇ-2014 final m

Joze Alesio

Belçika

2

1

0

1

7-13

3

 

AÇ-2016 seçmə m

Faustino Peres

Azərbaycan

3

2

0

1

16-6

6

2

AÇ-2016 pley-off

Faustino Peres

 

2

1

1

0

4-2

 

 

AÇ-2016 final m

Fasutino Peres

Serbiya

3

1

0

2

8-14

 

 

 

Hazırladı: İBRAHİM

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30